Bakıda “Gelandewagen” sürücüsündən insanlıq dərsi – VİDEO
 

23:44 10-10-2018 789

Bu gün Bakıda yağan güclü leysan yağışları bəzi fəsadlar yaratmaqla yanaşı, insanların xoş əməlləri ilə də yadda qalıb.

Oxu.Az xəbər verir ki, belə hadisələrdən biri paytaxtın mərkəzi küçələrindən birində baş verib.

Əldə etdiyimiz kadrlardan da görünür ki, güclü yağış yol keçməyə çalışan gənci aparır və o təhlükə ilə üzləşir. Hadisəni görən “Mercedes Gelandwagen” markalı avtomobilin sürücüsü isə dərhal ona yaxınlaşaraq, avtomobilə mindirir və həmin təhlükəli yerdən xilas edir.

Gözəl bir insanlıq nümunəsi olan bu görüntüləri təqdim edirik:

Xəbər lenti