Azərbaycanlı qadın əlində avtomatla odxod deyən deputatı hədələdi: "Səni dəlik-deşik edərəm" - VİDEO

17:39 04-01-2017 | icon 2050
Azərbaycanlı qadın əlində avtomatla odxod deyən deputatı hədələdi: "Səni dəlik-deşik edərəm" - VİDEO
Millət vəkili Astan Şahverdiyevin açıqlamasına gələn reaksiyalar gündəmdən düşmək bilmir. 
 
Reportyor.tv xəbər verir ki, ötən ilin sonlarında deputatın "Rusiyaya gedənlər cəmiyyətin "otxod"larıdır" ifadəsi xaricdə yaşayan azərbaycanlılar tərəfindən ciddi etirazla qarşılanıb. Rusiya ilə yanaşı Birləşmiş Ərəb Əmirliyi, İsveç, Almaniya, ABŞ və bir çox ölkələrdə yaşayan həmyerlilərimiz tərəfindən video-müraciətlər göndərilib. Müraciətlər arasında ən maraqlı olanı isə yaşlı bir qadının əlinə avtomat silah alaraq deputatı hədələməsidir.
 
O, Astan Şahverdiyevin məlum ifadəsində Rusiyada işləyən oğlanlarının da təhqir olunduğunu bildirərək, sərt danışıb. 
 
Xatırladaq ki, deputat məlum açıqlaması ilə bağlı mətbuatda açıqlama yayaraq bütün Azərbaycan xalqından üzr istəmişdi.
 
Loading...

Loading...
Loading...
0.26309585571289