Eldar Mahmudov üzə çıxdı: “Hər şey normaldır”

17:07 05-01-2017 | icon 2006
Eldar Mahmudov üzə çıxdı: “Hər şey normaldır”

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov uzun müddətdən sonra Azərbaycanda görünüb.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, 2016-cı ilin dekabrında Eldar Mahmudovu Rusiyanın Azərbaycandakı Səfirliyinin binası yaxınlığındakı yolda “Porsche” markalı avtomobilin içərisində gedərkən görüblər.

Həmin vaxt avtomobili keçmiş nazirin oğlu Anar Mahmudov idarə edirmiş, özü isə öndə əyləşərək, söhbət edirmiş.

Hətta, Eldar Mahmudov avtomobillə gedərkən, yolda rastlaşdığı keçmiş polis tanışlarından birinə də salam verib.

Avtomobildə ötəri söhbət edən Eldar Mahmudov daha sonra deyib ki, hər şey normaldır, heç bir problemi yoxdur.

Loading...

Loading...
Loading...
0.19576978683472