Kamran Ağayev “Boavişta”dan ayrılmaq istəyinə aydınlıq gətirib

02:56 27-12-2016 | icon 174
Kamran Ağayev “Boavişta”dan ayrılmaq istəyinə aydınlıq gətirib

Vətən üçün darıxmayan adam nadandır. Vətəni düşünməyən adamın şəxsiyyəti olmaz. 

Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın “Boavişta” klubundan ayrılacağı barədə açıqlamasına aydınlıq gətirərkən deyib. 

30 yaşlı qapıçı həmin açıqlamasına verilən neqativ reaksiyalara sərt münasibət bildirib: 

“Bəziləri yazır ki, Kamran “papa uşağı”dır. Belə şeylər yazan şəxsiyyətsizdir. Bəli, atam üçün darıxıram. Adam atası üçün darıxmaz? Atam mənə deyir ki, ailə qurmaq lazımdır. Ömrünün çox hissəsini yaşayan adamdır. Əlbəttə, onun üçün darıxacağam. Mən komandasız qalanda gülürdülər. Amma indi hər kəs bir fikir bildirir. Deyirlər bizimkilər belədir-elədir. Nə olub bizimkilərə?”

Təcrübəli qolkiper “Neftçi”yə keçəcəyi barədə xəbərlərə də toxunub: 

“Mən deməmişəm ki, “Neftçi”yə gəlirəm. Futbolçusansa, hər bir klubdan təklif ola bilər. Böyük klublardan təkliflər var. Amma şəxsi həyatımı daha çox istəyirəm. Həm darıxmışam, həm də istirahət etmək istəyirəm. Azərbaycanda oynayıb-oynamayacağımı deyə bilmərəm. Nə vaxt rəsmi nəsə olar, o zaman bu haqda danışa bilərəm. 10 il müqaviləsi olan futbolçunu da istəyirlər, təklif göndərirlər. Görürsən ya alınır, ya yox. Bəziləri deyir ki, mən Vətəni niyə düşünüm, Vətən məni düşünmür. Vətən səni yox, sən Vətəni düşünməlisən. Belə fikirlər səsləndirənlər normal adamlar deyillər. Yerin harda olsa da, Vətəni düşünməli, Vətən üçün darıxmalısan. Mən demirəm ki, ailə quracağam. Hazırda müqavilə ilə "Boavişta"ya məxsusam. Ailə qurmaq ciddi məsuliyyətdir. Lap ailəli olsan da, gedib Avropada qalmaq mümkündür. Məsləhət vermək olar, amma ağıl öyrətmək olmaz”.

K.Ağayev “Sumqayıt”da çıxış edə biləcəyini də söyləyib: 

“Mən “Sumqayıt”ı çox istəyirəm. Çünki komandasız qalanda “Sumqayıt” üzümə qapı açdı. Bəlkə də hamısı edərdi, amma nəticə odur ki, “Sumqayıt” bunu etdi. Qayıdıb orada da oynayaram. İşləyən adamların arxasınca danışırlar. Mən Vətənim üçün darıxıb gəlmişəm. Çünki mən futbolu pula görə oynamıram. Şükür ki, hər şeyim var”.

Qeyd edək ki, Kamran Ağayevin "Boavişta" ilə cari mövsümün sonunadək müqaviləsi var. 

S.B.

Loading...

Loading...
Loading...
0.25717401504517