Azərbaycanın ən çox rüşvətxorluq olan universitetləri - SİYAHI

19:55 05-01-2017 | icon 3756
Azərbaycanın ən çox rüşvətxorluq olan universitetləri - SİYAHI
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb. 
Yekunxeber.az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
 
Media Təqib Mərkəzi universitetlərlə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
 
2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8955 xəbər yerləşdirilib. Bunlardan 68 xəbər mənfi, 109 xəbər müsbət, 8778 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Gəncə Dövlət Universiteti (28 xəbər – universitetdə saxtakarlıq, rüşvət, pul yığımı, saxta dekan seçkiləri və s.), Dövlət İqtisad Universiteti (14 xəbər – rektor haqqında şikayət). Müsbət xəbərlər arasında liderlər: Bakı Slavyan Universiteti (80 xəbər – universitetin əməkdaşlarının təltif olunması), Bakı Dövlət Universiteti (27 xəbər – Abel Məhərrəmovun ilin rektoru seçilməsi).
 
Xəbər sayına görə sıralama:

1

Bakı Dövlət Universiteti

1145 xəbər

2

İqtisad Universiteti

648 xəbər

3

Neft və Sənaye Universiteti

513 xəbər

4

ADA Universiteti

452 xəbər

5

Texniki Universitet

428 xəbər

6

Dillər Universiteti

425 xəbər

7

Bakı Slavyan Universiteti

408 xəbər

8

Pedaqoji Universitet

326 xəbər

9

Tibb Universiteti

325 xəbər

10

Bakı Ali Neft Məktəbi

309 xəbər

 
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1874 xəbər dərc edilib. Bu xəbərlərdən 1858-i neytral, 14-ü müsbət, 2-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Gəncə Dövlət Universitetinə (2 xəbər – rektor haqqında iddialar) məxsusdur. Müsbət xəbərlər isə Bakı Slavyan Universiteti (9 xəbər – universitetin əməkdaşlarının təltif olunması) və Bakı Dövlət Universitetinə (5 xəbər – Abel Məhərrəmovun ilin rektoru seçilməsi) aiddir.
 
Xəbər sayına görə sıralama:

1

Bakı Dövlət Universiteti

316 xəbər

2

İqtisad Universiteti

155 xəbər

3

Bakı Slavyan Universiteti

116 xəbər

4

Tibb Universiteti

88 xəbər

5

Texniki Universitet

87 xəbər

6

Pedaqoji Universitet

85 xəbər

7

Neft və Sənaye Universiteti

77 xəbər

8

Mədəniyyət və İncəsənət Universiteti

76 xəbər

9

Dövlət İdarəçilik Akademiyası

62 xəbər

10

Naxçıvan Dövlət Universiteti

60 xəbər

 
Dekabr ayında televiziya kanallarında universitetlər haqqında 253 xəbər göstərilib.
 
Xəbər sayına görə sıralama:

1

Bakı Dövlət Universiteti

44 xəbər

2

ADA Universiteti

44 xəbər

3

İqtisad Universiteti

15 xəbər

4

Pedaqoji Universiteti

14 xəbər

5

Bakı Slavyan Universiteti

13 xəbər

6

Bədən Tərbiyəsi və İdman Akademiyası

12 xəbər

7

Aqrar Universiteti

11 xəbər

8

İdarəçilik Akademiyası

10 xəbər

9

Qafqaz Universiteti

10 xəbər

10

Bakı Musiqi Akademiyası

10 xəbər

Loading...

Loading...
Loading...
0.40372490882874