Plazada öldürülən oğlanın qardaşı səfirin tərcüməçisidir - FOTO

18:46 07-01-2017 | icon 1200
Plazada öldürülən oğlanın qardaşı səfirin tərcüməçisidir - FOTO

Bu gün Bakıda "Demirchi Tower"da baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

Yekunxeber.az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan report-a verilən məlumata görə, "İraq Hava Yolları" aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən 1993-cü il təvəllüdlü Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünəməxsus "Vinçester" markalı ov tüfəngi ilə bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qətlə yetirilən 24 yaşlı menecerin fotolarını təqdim edir. Qeyd edək ki, Əli Ağalı Masallı rayonu Şərəfə kənd sakinidir. Qardaşı Nemət Ağalı isə İraqın Azərbaycandakı səfirinin tərcüməçisidir.

Loading...

Loading...
Loading...
0.18138790130615