Prezidentin avtomobil kolleksiyası - FOTOLAR

22:13 07-01-2017 | icon 1276
Prezidentin avtomobil kolleksiyası - FOTOLAR
ABŞ-ın yeni prezidenti seçilən Donald Trampın "Ağ Saray"a köçməsinə sayılı günlər qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp yanvarın 20-da prezident kürsüsünə əyləşəcək. 
 
Avtomobillərə böyük maraq göstərildiyi açıqlanan yeni prezidentin avtomobil kolleksiyasına malik olduğu araşdırılıb.  4.5 milyard dollarlıq  sərvət sahibi olmaqla yanaşı, illik qazancı 600 milyon dollar olan yerni prezidentin avtomobil kolleksiyasından bəzilərini təqdim edirik:
 
Kolleksiyasında iki Rolls-Royce markalı avtomobili olan Trampın zənginliyin göstərici olan bu markaya ayrı bir marağı olduğu görünür. 1956-cı ilə malik Rolls-Royce Silver Cloud avtomobili kolleksiyanın ilk avtomobili sayılır. Prezidentin son aldığı Rolls-Royce markalı avtomobil isə 1960-cı ildə istehsal olunan Phantom modelidir.  Trampın daha çox bu avtomobilləri sürdüyü deyilir.
 
Yeni prezidentin kolleksiyasında ən bəyəndiyi avtomobillərdən biri Mercedes-Benz SLR McLaren gəlir. Qanadlara malik bu sport avtomobil V8 motora malikdir. O bu avtomobili  2005-ci ildə 544 min dollara alıb.
 
Trampın Kolleksiyasında elektriklə çalışan Tesla Roadster var. Teslanın ilk otomobili olan və iki oturacaqdan ibarət avtomobilin üstü açılır.
 
Kolleksiyada diqqət çəkən avtomobillərdən biri Maybach S600 modelidir. Partlayıcı quğulara qarşı davamlı olan bu avtomobilə ən çox ölkə rəhbərləri üstünlük verirlər. Görünür Tramp prezident olacağını düşündüyü üçün bu avtomobili alıb. 
 
Donald Trampın kolleksiyasında olan avtomobillərdən biri 1997-ci il modelli Lombarghini Diablodur. Tramp sport avtomobili 2002-ci ildə almasına baxmayaraq, prezident seçildikdən sonra 460 min dollara satışa çıxarıb. 
 
Kolleksiyasında mövcud olan Chevrolet Camaronun isə fərqli hekayəsi var. 
 
Loading...

Loading...
Loading...
0.1928391456604