“Eldar Aslanovla Ədalət Muradova qarşı kampaniya maraqlı qüvvələrin işidir“

01:02 09-01-2017 | icon 846
“Eldar Aslanovla Ədalət Muradova qarşı kampaniya maraqlı qüvvələrin işidir“
“Eldar Aslanovla Ədalət Muradov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında mənim müəllimlərim olub və hər ikisi mənə dərs deyib. Çox yüksək biliyə malik və əsl ziyalı şəxslərdir.  Bütün bunları qrupumuzda olan 20 nəfər də təsdiq edə bilər. Çox təəssüf edirəm ki, bu gün bu iki şəxs haqqında heç bir əsası olmayan və başdan ayağa qarayaxma kampaniyası aparılır”.
 
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının məzunu olmuş Niyaməddin Orduxanlı Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov haqqında bəzi mətbu orqanlarda gedən yazılara etiraz olaraq Moderator.az saytına açıqlamasında bildirib. 
 
Onun sözlərinə görə, hər bir ali məktəbdə kimin kim olmasını və yaxud ali məktəbdə nə işlə məşğul olduğunu həmin təhsil ocağında oxuyan tələbələrdən yaxşı kimsə bilə bilməz: 
“Sadəcə çox təəssüflənirəm. Hər iki şəxs prezident İlham Əliyevin böyük ehtimadını qazanmış, öz işlərinin peşəkarları olan kadrlardır. Bilirsiniz ki, ali məktəblərə rektoru birbaşa cənab prezident təyin edir. Yəqin bu səbəbdəndir ki, bir çox maraqlı qüvvələr bu cür əsas olmayan yazılar dərc edirlər. Onu da deyim ki, bu gün mənim qardaşım övladları bu məktəblərdə tələbədilər. Onlar da özləri ali məktəbdə tədrisin çox yüksək səviyyədə aparıldığını danışırlar.  Hansısa neqativlərin, rüşvət və korrupsiyanın olmasının isə, qeyri-mümkünlüyündən danışırlar. Bütün bunlar faktdır. Bu səbəbdən mən özüm də bir mənəvi borc bilib, bu iki rektor haqqında fikirlərimi bildirmək istədim.  Biz cəmiyyət olaraq bu cür dəyərli şəxsləri qorumalıyıq“.

Loading...
0.2256760597229