Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO

17:13 09-01-2017 | icon 1502
Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO
Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali” Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə xüsusi hədiyyə edib.
 
Yekunxeber.az Qafqazinfo-ya istinadən xəbərinə görə, nazirliklə şirkət arasında əldə olunmuş razılığa əsasən "Palmali”yə aid "DeepFlight DF-302 Super Falcon 2” sualtı qayığı FHN-ə bağışlanıb.
Qeyd edilir ki, adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən neftçilərin axtarışına da töhfə verəcəyi istisna deyil.
 
Razılaşma predmeti olan "DeepFlight DF-302 Super Falcon” sualtı qayığı 2014-cü ildə istifadəyə verilib. Qayığın uzunluğu 6.3 metr, eni 2.7 metr (qanadları yığılmaqla – 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən «DeepFlight DF-302 Super Falcon» üç sürət rejiminə malikdir və rahat idarəolunması ilə seçilir.