Şəhid polkovnik Raquf Orucov

00:58 10-01-2017 | icon 3115
Şəhid polkovnik Raquf Orucov

Raquf Orucov

Raquf İbrahim oğlu Orucov (  12 iyul 1972, Cinli, Ağdam rayonu, Azərbaycan 4 aprel 2016, Ağdam, Azərbaycan) — Dördgünlük müharibə şəhidi.

 

Həyatı:

Erkən illəri

Raquf Orucov 1972-ci il 12 iyul-da Ağdam rayonunun Cinli kəndində anadan olmuşdur.

Hərbi illəri

1990-cı ildə Ağdam rayonundan Sovet ordusunda həqiqi hərbi xidmətə çağrılıb. 

Qarabağ müharibəsi zamanı, 1993-cü ilin iyunun 12-də Raquf Orucovun doğma kəndi işğal olunanda anası Raya Orucova və dayısı Azər Rəhimov həlak olub. Raquf Orucov həmin ili sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verərək, 2 il ərzində lazımi hərbi biliklərə yiyələndi.  Kursant Orucov məktəbdən verilən müavinətləri belə, özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və həyatını qardaşının 4 övladına həsr edib, bibisi Səyarəyə verirmiş.

1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra, onu Bakıdakı hərbi hissələrdən birinə təyin edirlər, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verir.  1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 illi tamam olanda mükafatlananlar sırasında birinci yerdə Raquf Orucovun adı olur. Həmin ərəfədə “Milli Ordu” qəzetinin müxbirinin suallarını cavablandıran baş leytenant deyir:

1997-ci ildə kəşfiyyat bölüyünün komandiri olan gənc zabit dövlət tərəfindən verilən hərbi tapşırığı çox böyük peşəkarlıqla yerinə yetirir. Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olur. Həmin ildə daha bir uğurlu əməliyyatı olur. İşğal olunmuş Kəlbəcərdə erməni hərbi hissəsinə girərək, onların səhər düzülüşünü, eynizamanda hərbi hissənin korpuslarını, Azərbaycan tərəfə lazım olan bütün vacib elementləri və nöqtələri videolentə alır.  Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə Raquf Orucov "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunur.

2000-ci ildən sonra Ağstafa, Tovuz, Beyləqan, Füzuli istiqamətlərində yerləşən hərbi hissələrdə komandanlıq da ona tapşırılmışdı. 2011-ci ildə arzusunda olduğu Ağdamdakı N saylı hərbi hissəyə qərargah rəisi təyin olundu. 

2014-cü ilin avqust ayında döyüşlərdə Qərargah rəisi Raquf Orucovun da əsgərləri vuruşurdu. Döyüşlər səngiyəndən sonra, Sumqayıta atasına, doğmalarına və ailəsinə baş çəkməyə gələn Raquf Orucov kiçik qardaşı Zabildən xahiş edir ki, ayağındakı çəkmələri çıxarmağa ona yardım etsin. O, qızğın döyüşlər başlayandan 5 gün ərzində, çəkmələr ayağından çıxmayıb və bunun nəticəsində onun ayaqları şişmişdi.

Dördgünlük müharibədə iştirakı və ölümü

2016-cı il aprelin 4-də qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olub. O, Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Şəxsi həyatı

Ailəli idi, Aqşin və Nihad adlı oğlu var. Həyat yoldaşı Sevinc ilə 1998-ci ildə ailə həyatı qurublar.

Erməni dilini bilirdi.

Ləqəbi

Azərbaycan xalqı arasında “Murov qartalı” kimi tanınırdı.

İrsi

2016-cı ilin iyul 12-də Qarabağ FK komandasının tərəfdarları Raquf Orucovun 44-cü ad günü xatirəsinə həsr edilmiş pankart açıblar. Şəhid polkovnikin ad günü münasibətilə açılan pankart görənləri duyğulandırıb və uzun sürəli alqışlara səbəb olub.

Təltif və mükafatları

Loading...

Loading...
Loading...
2.0318760871887