Şəhid Baş Leytenant Əbu Bəkir İsmayılov

13:06 10-01-2017 | icon 424
Şəhid Baş Leytenant Əbu Bəkir İsmayılov

Əbu Bəkir İsmayılov 

Əbu Bəkir İsmayılovAzərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2-5 aprel 2016-cı il tarixdə baş vermiş Dördgünlük müharibənin şəhidlərindən biridir.

Həyatı

Əbu Bəkir Vüqar oğlu İsmayılov 10 fevral 1990-cı ildə Kürdəmir rayonunda anadan olub. Aprelin 2-ə keçən gecə və gün ərzində Lələ təpə istiqamətində gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində mayor Təbriz MustafazadəmayorÜrfan Vəlizadə ilə birlikdə şəhid olub. 11 aprel 2016 tarixdə hər üç pilot və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenentı Murad Mirzəyev ilə birlikdə II Fəxri Xiyabanda dəfn olunub

Təhsili

Orta

Hərbi

Əbu Bəkir İsmayılov 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub və 2008-ci ildə oranın məzunu olub. 2008-ci Azərbacan Ali Hərbi Təyyarəçilik məktəbinə daxil olub.

Mükafatları

Azərbaycan Bayrağı ordeni – 2016

Ailəsi

Atası: Vüqar İsmayılov

Anası: Rəna İsmayıolva

Qardaşı: Əkbər İsmayılov

Şəhid Əbu Bəkir İsmayılov şəhid olmamışdan təxminən 6 ay öncə ailə qurmuşdu.

Hərbidən kənar yaradıcılığı

Şəhid Əbu Bəkir İsmayılov şer yazmağı və meyxana deməyi çox sevirdi. Onun "Zindan" adlı mahnısı əksər internet saytlarında və youtube internet portalında yerləşdirilmişdir.

Haqqında xatirələr

 
Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunu olarkən məzun fotolabomundakı şəkili
Bekirin anasi.jpg