Zaxarova: Qarabağ üçün hər şeyi edəcəyik

22:19 27-12-2016 | icon 27
Zaxarova: Qarabağ üçün hər şeyi edəcəyik

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu prosesdə irəliləyişə nail olmaq üçün ondan asılı olan hər şeyi edəcək.

Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bildirib. 

“Nizamlanma prosesinin dayanmaması, əskinə intensivləşməsi üçün bizdən asılı olan hər şeyin həyata keçirilməsi davam etdiriləcək”, - deyə Zaxarova bəyan edib. 

N.О.


Loading...
0.39185500144958