Bəzi xəstəxanalarda yeni əməliyyat qiymətləri məlum oldu

22:45 29-12-2016 | icon 65
Bəzi xəstəxanalarda yeni əməliyyat qiymətləri məlum oldu

İcbari tibbi sığorta sistemi işə düşdükdən sonra bütün səhiyyə xidmətləri üçün vahid tariflər tətbiq ediləcək.

Hələlik isə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən bu qiymətlər ancaq Yevlax və Mingəçevirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan tibb müəssisələrində tətbiq ediləcək.

Oxu.Az-ın məlumatına görə, Fins.az-ın araşdırması göstərib ki, rəsmi təsdiq edilən əməliyyat qiymətləri o qədər də ucuz deyil. Məsələn, daha geniş yayılan normal doğuş üçün 3 gün xəstəxanada qalmaq şərti ilə 300 manat ödəniləcək. Çoxdöllü hamilәliklәrdә isə bu qiymət 400 manat olacaq.

Keysəriyyə əməliyyatları təkdöllü hamilәliklәrdә 400 manat, çoxdöllü hamiləlikdə isə 500 manat olacaq. Süni abort üçün 50 manat ödəniləcək.

Siyahıda nisbətən bahalı əməliyyatlar da var. Mədə qanaxması əməliyyatı 2100 manat olacaq. Xidmətə anesteziya, 1 gün reanimasiyada, 6 gün isə stasionarda yatmaq daxildir. Qaraciyərdə abses əməliyyatı 980 manata başa gələcək. Xidmətə anesteziya və 3 gün stasionarda qalmaq daxildir.

Qeyd edək ki, bir çox əməliyyatlarda tibbi vasitələr həmin qiymətə daxil deyil. Xəstəxanalardakı əməliyyat qiymətlərinin tam siyahısını təqdim edirik. 

Linkdəki siyahıda 28-74-cü səhifələrdə əməliyyat qiymətləri yer alıb.

U.A.

Loading...

Loading...
Loading...
0.30444002151489