Bakıda evə basqın olub: Pul və silah oğurlanıb

22:45 29-12-2016 | icon 109
Bakıda evə basqın olub: Pul və silah oğurlanıb

Bakıda quldurlar ev sahibinin boğazına ip keçirərək onun pul və silahlarını aparıblar.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Dədə Qorqud qəsəbəsində yeni tikilidə yaşayan 1945-ci il təvəllüdlü Həsənov Hafiz Baladadaş oğlu iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb. İki nəfər evin pəncərəsindən içəri daxil olaraq H.Həsənovun başına yorğan atıb, boğazına ip keçirərək hədə-qorxu gəliblər. Naməlum şəxslər çarpayının altındakı 1400 manat pulu, müvafiq sənədləri olan “Toz-12” və “Toz-16” markalı ov tüfəngini götürüblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

A.M.

Loading...

Loading...
Loading...
0.24863290786743