“Metropark” yaxınlığında partlayışla müşahidə olunan yanğın baş verib – FOTO

22:45 29-12-2016 | icon 139
“Metropark” yaxınlığında partlayışla müşahidə olunan yanğın baş verib – FOTO

“Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında qarajda yanğın baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış “Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Qeyd edək ki, yanğın nəticəsində ərazidə partlayış da baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.   

S.B.

Loading...

Loading...
Loading...
0.21651601791382