Azərbaycanda nağdsız hesablaşmalar stimullaşdırılacaq

23:02 30-12-2016 | icon 81
Azərbaycanda nağdsız hesablaşmalar stimullaşdırılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) iclasında “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi barədə ölkə Prezidentinin 23 dekabr 2016-cı il tarixli fərmanından irəli gələn tapşırıqların icrası mexanizmi müzakirə edilib.

Bu barədə Oxu.Az-a Palatadan bildirilib.

Məlumata görə, iclasda ölkədə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, o cümlədən nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq və bank sisteminin inkişafını sürətləndirmək məqsədilə qəbul olunmuş qanundan irəli gələn palatanın üzərinə düşən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

DŞ-nın qərarına əsasən, fərmanın icrası məqsədilə sadələşdirilmiş vergi ödəyiciləri üzrə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan, ƏDV ödəyiciləri üzrə isə ümumi məbləği 30 manatdan artıq həyata keçirilmiş bütün mədaxil və məxaric əməliyyatları “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna müvafiq olaraq monitorinq rejiminə cəlb ediləcək.

Bundan başqa, ölkə ərazisində fəaliyyət göstərən bütün banklar və poçt rabitəsinin milli operatoru fərmanda nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi barədə məlumatlandırılacaq, o cümlədən onların aidiyyəti əməkdaşlarına yeni hesabatlıq sistemi barədə treninqlər keçiriləcək.

A.M.

Loading...

Loading...
Loading...
0.32716083526611