İki ay ərzində 500-dək bankir işsiz qalıb

23:02 30-12-2016 | icon 93
İki ay ərzində 500-dək bankir işsiz qalıb

Bu ilin 2 ayı ərzində ixtisar olunan bank əməkdaşlarının sayı açıqlanıb.

Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, sentyabr ayından dekabrın 1-dək 482 bank əməkdaşı işdən ayrılmaq məcburiyyətində qalıb.

Belə ki, əgər sentyabrda bank sektorunda çalışan işçilərin sayı 17 490 nəfər idisə, oktyabrda bu göstərici 17 030 nəfər, noyabrda isə 17 008 nəfər təşkil edib.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

E.Ə.

Loading...

Loading...
Loading...
1.3525950908661