Donald Tramp Yeni ili Silvestr Stallone ilə qarşılayacaq

22:42 31-12-2016 | icon 676
Donald Tramp Yeni ili Silvestr Stallone ilə qarşılayacaq

Amerika mətbuatının verdiyi xəbərə görə, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Yeni ili Floridadakı “Mar-a-Laqo” iqamətgahında qarşılayacaq.

Virtualaz.org “Hill” nəşrinə istinadən xəbər verir ki, həyat yoldaşı Melani və kiçik oğlu Berrondan savayı, 2017-ci ili Trampla birgə 800 qonaq qarşılayacaq. Bu qonaqların arasında aktyor Silvestr Stallone və musiqi prodüseri Kuinsi Cons da var.

Mənbənin bildirdiyinə əsasən, kokteyl və şam yeməyindən sonra bayram proqramına rəqslər daxil edilib.

Loading...

Loading...
Loading...
0.48969793319702