Erməni tərəfi dezinformasiya yaymaqda davam edir – MÜDAFİƏ NAZİRLİYİ

11:11 01-01-2017 | icon 700
Erməni tərəfi dezinformasiya yaymaqda davam edir – MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin qoşunların qarşıdurma xəttində vəziyyəti gərginləşdirmək məqsədilə dezinformasiya yaymağa davam etdiyini açıqlayıb.
Yekunxeber.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilib ki, erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya sərhəddə növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.
“Əgər erməni tərəfinin “təkzibolunmaz sübutları” varsa, təqdim etsinlər. Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir”. – deyə MN-dən bildirilib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi cəbhədə toqquşmaların dekabrın 30-da da davam etdiyi, Azərbaycanın 4 əsgərinin həlak olduğu barədə məlumat yayıb.

Loading...

Loading...
Loading...
0.17770886421204