İlham Əliyev Ərdoğana başsağlığı verdi

21:33 01-01-2017 | icon 159
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev İstanbulda gecə klubuna silahlı hücum nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar türkiyəli həmlkarı Rəcəb Rayyib Ərdoğana başsağlığı verib.
 
yekunxeber.az xəbər verir ki, İlham Əliyev xəbərdən çox sarsıldığını dilə gətirib.
 
"Hörmətli cənab Prezident, əziz qardaşım, İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədilməsi, çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.
 
Biz dinc insanlara qarşı bu xain əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizəni dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
 
Allah rəhmət eləsin!", - deyə başsağlığı məktubunda bildirilir.

Loading...
0.23390984535217