Səngəçaldakı ikinci partlayışla bağlı SOCAR-dan AÇIQLAMA

12:42 02-01-2017 | icon 1165
Səngəçaldakı ikinci partlayışla bağlı SOCAR-dan AÇIQLAMA
Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.
Yekunxeber.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
 
 
Məlumata görə, qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb.
 
 
"Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir. Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq", - deyə məlumatda qeyd olunub.
 
Qeyd edək ki, bu gün saat 07:00 radələrində 2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttinin eyni yerində yenidən yanğınla nəticələnən partlayış baş verib.
 
Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
 
Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.
 
Qaz xəttində baş vermiş yanğın söndürülüb.

 

Loading...

Loading...
Loading...
0.20906400680542