Bayram günlərində təcili yardıma 2800 nəfər müraciət edib - Bakıda

14:07 02-01-2017 | icon 455
Bayram günlərində təcili yardıma 2800 nəfər müraciət edib - Bakıda

Bayram günlərində Bakıda təcili yardıma müraciət edənlərin sayı artıb.

Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini Murad Mirzəzadə APA-ya bildirib ki, ötən iki gün ərzində müraciətlərin sayı adi günlərlə müqayisədə çox olub.

Onun sözlərinə görə, dekabrın 31-də və yanvarın 1-də təcili yardıma 2800-dən çox müraciət edilib: “Müraciət edənlərdən 300-dən çoxu xəstəxanaya yerləşdirilib. Müraciətlər əsasən, soyuqdəymə, qızdırma və təcili yardıma daxil olan digər hallarla bağlı olub. Ümumilikdə isə təcili yardım briqadaları bayram və istirahət gücləndirilmiş iş rejimində və növbətçilik əsasında fəaliyyət göstərir”.

Loading...

Loading...
Loading...
0.19118905067444