Minimum əmək haqqı 1295 dollar oldu! – Yeni il hədiyyəsi…

20:01 02-01-2017 | icon 155
Minimum əmək haqqı 1295 dollar oldu! – Yeni il hədiyyəsi…

“ŞAS” partiyasıyla koalisiya razılıqlarına əsasən yanvarın 1-dən İsraildə minimum aylıq əmək haqqı 5 min şekelədək (1295,3 dollar- 2292 AZN) qaldırıldı. 2017-ci ilin dekabrında maaşlar daha 300 şekel(İLS) artırılacaq.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
İsrailin Daxili İşlər naziri və “ŞAS” partiyasının lideri Arye Deri bəyan edib:”Allaha şükür ki, bizdə bu dəfə alındı. Mənim rəhbərliyimlə “ŞAS” ötən seçkilərdə maaşları artırmağa söz vermişdi. Məqsəd ondan ibarət idi ki, ölkə vətəndaşları minimal əmək haqqı ilə də layiqli həyat sürə bilsinlər…”
Qeyd edək ki, “ŞAS” partiyası İsrailin ifrat dini ideologiyalı partiyalarından biridir. Bu təşkilat yəhudilərin müqəddəs kitablarına –Tövrat və Talmuda dəqiqliklə əməl edən “sefardlar” adlanan radikal cərəyanın beynəlxalq birliyidir. “ŞAS” abreviaturası da məhz Talmudun 6 bölməsinin ümumi adından götürülüb. 1984-cü ildən fəaliyyət göstərən və hazırda Knessetdə(parlamentdə) cəmi 11 yerə malik olan “ŞAS” maksimum dərəcədə İsrail xalqının rufah halının yüksəldilməsinə çalışır. 2016-cı ildə “ŞAS” digər “Yaadut A-Tora” adlı digər dini partiya ilə birgə uşaqlara verilən aylıq vəsaitin də daha 50 İLS artırılmasına nail olub.


Loading...
0.19505405426025