Məşhur azərbaycanlı “oğru”nun qulağı kəsildi: +18 FOTOLAR

20:28 02-01-2017 | icon 7536
Məşhur azərbaycanlı “oğru”nun qulağı kəsildi: +18 FOTOLAR

Kriminal aləmdə Rafiq Massallinski kimi tanınan Eyvazov Rafiq Yavər oğlunun ilginc fotoları yayılıb.

Yekunxeber.az xəbər verir ki, R.Eyvazovun adı əvvəlcə Ded Xasan klanında Rövşən Lənkərasnkiyə qarşı mübarizədə daha çox çəkilib. Belə ki, Ded Xasan öldürülməzdən əvvəl R.Lənkəranskiyə qarşı azərbaycanlı avtoritetlərdən istifadə qərarına gəlib və bir neçə nəfəri öz tərəfinə çəkib. Onların arasında Dadaş Novxanılı, Arif Sumqayıtlı, Qruzin Vaqif, Qoca, Yunus Yasamallı ilə yanaşı Rafiq Masallinski də olub. 

2013-cü il 27 marında Bakıda keçirilən əməliyyat tədbirləri çərçivəsidə 31 yaşlı Rafiq Eyvazov saxlanılıb və ondan “Makarov” tapançası götürülüb. 

Saxlanan şəxs tapançanın ona məxsus olduğunu bildirib. O, hətta özünü polislərə “qanuni oğru” kimi təqdim edib və Rusiyada “taclandırıldığını” deyib. 

Məlumatlara görə, onun 2011-ci ildə həbsxanada serrozdan vəfat edən “qanuni oğru” Məmməd Hüseynovla qohumluğu var. Rafiq Masallinski başqa bir azərbaycanlı “oğru”, Türkiyədə öldürülmüş  Qoca ləqəbli Əlibala Həmidovun sayəsində titul alıb.  Rafiqlə bərabər həmin “sxodka”da daha iki azərbaycanlı- Rəşad Gəncinski və Emin Hacıqabulinski “taclandırılıb”. 

Bəzi məlumatlara görə, R.Masallinskiyə “qanuni oğru” titulu bir şərtlə verilib ki, o, Lotu Quli ləqəbli Nadir Səlifovla əlaqə yaratmaq üçün həbsxanaya düşsün. Buna görə də 2013-cü ildə Bakıda keçirilən əməliyyatda saxlanan Rafiq Masallinskini “desant” da adlandırırlar. 2014-cü ilin oktyabrında isə onun azadlığa buraxıldığı və hətta Masallıda toyda iştirak etdiyinə dair xəəbrlər yayılıb. 

İndi isə R.Masallinskinin kriminal qruplaşmalar arasındakı qarşıdurmada qulağının kəsilməsini əks etirən görüntülər yayılıb. Ancaq fotoların hansı şəraitdə çəkildiyinə dair dəqiq məlumat yoxdur.


Loading...
0.19971895217896